Qətər əmiri Türkiyəyə gəlir
13-09-2017 18:54

Qətər əmiri Şeyx Təmim bin Həmad əl-Sani Türkiyəyə səfərə gəlir.
Saninin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilib.
Səfərlə bağlı danışan Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib: "Pakistan və Qətər xarici işlər nazirləri ilə görüş keçirdik. Sabah Fransa və Küveyt XİN rəhbərləri ölkəmizə gələcək. Cümə günü isə Qətər Əmiri ölkəmizə səfər edəcək"./axar.az