Qətlə yetirilən məhkəmə sədri haqda ŞOK FAKTLAR - Keçmişi qaranlıq olub... / FOTOLAR

Baxış sayı:
588

Xəbər verdiyimiz kimi Tovuzda Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri Firudin Ələkbərli güllələnib. 

Muxalifet.az xəbər verir ki, “Yeni Sabah” qətlə yetirilən keçmiş məmurun keçmişini araşdırıb. 

Məlum olub ki,  o, fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad edib. Beləliklə, F.Ələkbərli xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum edilib. 

Öncələr mətbuatda gedən xəbərlərə görə, keçmiş məhkəmə sədrinin hakimliyinə xitam veriləndən sonra, o, qatı müxalifətçi olub və  gələcəkdə hakimiyyət dəyişiləndən sonra ədliyyə naziri olacağı barədə Tovuzda təbliğat işləri aparıb. Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb, sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.

Mətbuatda onun iş adamı, keçmiş MTN rəisi Anar Məhərrəm oğlu Məhərrəmovla yaxın dost olduğu ilə bağlı məlumatlar da gedib. Anar Məhərrəmovun dələduzluq etdiyi, bir çox şəxsin pulunu mənimsədiyi ilə bağlı iddialar səslənəndə onu müdafiə edənlərdən biri də F.Ələkbərli olub. 

Bir çoxları isə F.Ələkbərlini “Youtube”dan tanıyır. Belə ki, keçmiş məmur “Youtube”da bir çox debatlara qatılıb. 

Son illərdə digər sosial şəbəkələrdə elə də aktiv olmayan keçmiş məmurun fotolarını təqdim edirik: