​Qərbin təyyarələri Rusiyanın ovuna çevrilə bilər

Baxış sayı:
3028

Tramp və müttəfiqləri Suriyadakı kimyəvi hücumlarla bağlı iddiaları araşdırmaq üçün deyil, Suriyadakı S-400 imkanlarını dəyərləndirmək üçün hələlik fasilə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus sputnik agentliyinin yaydığı məqalədə deyilib.
Məqalədə bildirilib ki, Suriyadakı S-400 sistemləri Qərbdəki müharibə tərəfdaflarının planlarını puç edə bilər:
“S-400 Suriyada olduğu müddətdə Qərb təyyarələri istifadə etməməyin daha yaxşı nəticəsinin olacağı qənaətinə gəlib. Qərbin təyyarələri rus raket sistemlərinin rahat şəkildə ovuna çevrilə bilər”.
Yazıda bildirilib ki, Qərb qarmaqarışıq durumdadır və Moskvanın addımlarını öncədən proqnoz edə bilmir.
Qeyd edək ki, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) Dumadakı kimyəvi hücumları araşdırmaq üçün fasilə elan etdiyi bildirilib.