​Qənirə Paşayeva süpürgəçinin kimsəsiz qalan övladalarına baş çəkdi... Mənzil problemləri həll olundu-FOTO,VİDEO

Baxış sayı:
6230

Muxalifət.az Yeni Müsavat-a istinadən xəbər verir ki, ötən gün millət vəkili Qənirə Paşayeva “Yeni Müsavat”ın müxbirləri ilə birgə anasız qalan azyaşlı qızları ziyarət edib, baş verən bədbəxt hadisə ilə bağlı onların kədərinə şərik olub.
Ailənin problemlərini dinləyən millət vəkili onlara ərzaq yardımı və maddi yardım edib . Həmçinin Sabunçu rayon icra başçısı Adil Vəliyevlə əlaqə saxlayaraq vəziyyətlə bağlı məlumat verib.
İcra başçısı Adil Vəliyev telefon danışığı zamanı bu barədə məlumatlı olduğunu və öz növbəsində Tünzalə Salahova və iki azyaşlı qız üçün ev tikmək göstərişi verdiyini bildirib. O qeyd edib ki, artıq vəsait ayrılıb və bu ilin iyun ayına qədər ev hazır vəziyyətə gətiriləcək.
Bundan əlavə, millət vəkilinin hüquqi yardımı ilə qızlar rəsmi şəkildə xalaları Tünzalə Salahovanın qəyyumluğuna veriləcək ki, illərdir onları təhdid edən ataları həyatlarına müdaxilə edə bilməsin.
Nəzərinizə çatdıraq ki, bir il öncə də “Yeni Müsavat” ailənin acınacaqlı həyat şəraiti bağlı reportaj hazırlamışdı və millət vəkili Qənirə Paşayevanın dəstəyi ilə onlara xeyli maddi yardım edilmişdi.
Sosial şəbəkədəki paylaşımlarımızdan sonra xeyli sayda insan bizə yazaraq, redaksiyamıza zəng edərək yardım etmək istədiklərini bildirdilər.
Bu səbəbdən yardım etmək istəyənlər üçün mərhum Cəmilə Salahovanın bacısı Tünzalə Salahovanın əlaqə nömrəsini qeyd edirik: (050) 376-28-34.