QAZİ – Eləşən İsmayılın yeni Qarabağ filmi - FOTO / VİDEO

Baxış sayı:
21568

Sabirabad Regional Mədəniyyət İdarəsinin dəstəyi, Şirvan Mədəniyyət Mərkəzinin və Şirvan Folklor Evinin sifarişi ilə Rejissor ELŞƏN İSMAYIL 2-ci Qarabağ müharibəsi qazilərinə həsr olunmuş yeni qısametrajlı bədii-sənədli film çəkib.
Muxalifet.az xəbər verir ki, filmdə Şirvan Folklor Evinin direktoru Eldəniz Quliyev, Şirvan Energetik Klubunun rəhbəri Esmira Bəşirli, Şirvan Mədəniyyət Mərkəzinin bədii rəhbəri Ümid Quliyev, metodist Firuzə Abbasova və başqaları çəkilmişlər. Film bir qazinin keçdiyi keşməkeşli həyat yolunu ekrana daşımaqla xalqımızın göstərməli olduğu qayğıdan və onların bizim üçün etdiyi böyük fədakarlıqdan bəhs edir. Film görkəmli yazar Cəlil Cavanşirin "ƏSGƏR MƏKTUBU" şeiri əsasında çəkilmişdir. Filmin İcraçı Prodüseri Rövşən Babayevdir.