Qaşıqçı cinayətilə bağlı villada aparılan qazıntılara rəsmi açıqlama

Baxış sayı:
3079

Türkiyədə Yalova valisi Müəmmər Erol, villa axtarışına dair verdiyi açıqlamada, "İstanbul Baş Prokurorluğu koordinasiyasında Samanlı kəndində bir Ərəb iş adamına aid olduğu öyrənilən villada axtarış aparılır. Axtarışın mahiyyəti və nəticələri haqqında lazımi açıqlama İstanbul Baş Prokurorluğu tərəfindən veriləcəkdir" deyib.
 
Villanın girəcəyində təhlükəsizlik tədbirinin alındığı görülür və təhlükəsizlik qüvvələri əraziyə heç kimi yaxınlaşdırmır.
 
BAĞÇADAKI QUYUDA ARAŞDIRMA APARILIR
 
Camal Qaşıqçı cinayətinə dair Yalovadakı axtarış aparılan ilk villanın bağçasındakı quyuda araşdırma başlanılıb, bağa yanğınsöndürmə maşını gətirilib. Görünən odur ki, cəsədi tapmaq üçün yanğınsöndürən maşınlar quyunun suyunu çəkəcəklər.
Müxalifət.az