Qaşıqçı cinayəti Trampın vecinə deyil: ONU SƏUDİYYƏNİN PULU MARAQLANDIRIR

Baxış sayı:
7936

ABŞ prezidenti Donald Tramp, Ağ Evdə jurnalistlərə ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri haqqında açıqlama verib.
 
Bu ölkə ilə bağladıqları ticarət müqavilələrini davam etdirəcəklərini bildirən Tramp, "100 milyardlarla dollardan imtina etməyəcəyik. Əgər imtina etsək, neft qiymətləri ən zirvəyə çıxacaq" deyib.
 
Vecimə deyil
 
Tramp, özünün şəxsi olaraq Səudiyyə Ərəbistanla bir ticarət əlaqəsinin olmadığını irəli sürüb.
ABŞ prezidenti Tramp, "Vecimə deyil, Səudiyyə Ərəbistanının mənimlə bir əlaqəsi yoxdur. Bu ölkədən 100 milyardlarla dollarlıq məhsul alırlar" deyə bildirib.
 
Rusya və Çini xoşbəxt edəcək
 
Səudiyyə Ərəbistanına hərbi ləvazimat satılmadığı təqdirdə Ər-Riyad rəhbərliyinin ehtiyacını Rusiya və Çindən ödəyəcəyini dilə gətirən Tramp, “Rusiya və Çin bu vəziyyətdən çox xoşbəxt olardı” deyə söyləyib.
Müxalifət.az