“Qalatasaray”dan biabırçı məğlubiyyət – NƏTİCƏLƏR

Baxış sayı:
5386

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub.

“Report”un məlumatına görə, turun ikinci oyun günündə 3 komanda 1/8 finala vəsiqəni təmin edib. Bunlar Fransa PSJ-si, Almaniya “Bavariya”sı və İtaliya “Yuventus”udur.

A qrupunda yer alan PSJ Belçika “Brügge”si üzərində 1:0 hesablı qələbə sayəsində xallarını 12-yə çatdırıb və mərhələ adlayıb. Qrupun digər matçında Türkiyə “Qalatasaray”ı İspaniyada “Real Madrid”ə 0:6 hesabı ilə uduzaraq, qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırıb.

“Bavariya” B qrupunda Yunanıstan “Olimpiakos”u üzərində 2:0 hesablı qələbə sayəsində yoluna davam edib. Qrupun digər matçında İngiltərə “Tottenhem”i Serbiyada “Srvena Zvezda”nı 4:0 hesabı ilə darmadağın edərək, 1/8 finala daha bir vəsiqəni verən 2-ci pillədə möhkəmlənib.

C qrupunda hər iki oyun heç-heçə ilə bitib. Ukraynanın “Şaxtyor” (Donetsk) komandası Xorvatiyanın paytaxtı Zaqrebdə “Dinamo” ilə görüşdə məğlubiyyətdən uzatma dəqiqələrində vurduğu qollarla qurtulub. İngiltərənin “Mançester Siti” klubu isə İtaliyada “Atalanta” ilə qarşılaşmada qələbəni əldən verərək, 1/8 finala vəsiqə imkanını qalan 2 tura saxlayıb. Meydan sahibləri isə ilk xalı əldə edib.

D qrupunda İtaliya “Yuventus”u Rusiyanın paytaxtı Moskvada “Lokomotiv”lə görüşdə qələbəyə uzatma dəqiqələrində nail olub – 2:1. Almaniya “Bayer”i isə qrupda ilk qalibiyyətini İspaniya “Atletiko”su üzərində eyni hesabla qazanıb.

Çempionlar Liqası

IV tur

6 noyabr

A qrupu

24:00. PSJ (Fransa) – “Brügge” (Belçika) – 1:0

Qol: Mauro İkardi, 22

24:00. “Real Madrid” (İspaniya) – “Qalatasaray” (Türkiyə) – 6:0

Qollar: Rodriqo, 4; 7; 90+2. Serxio Ramos, 14 (penalti ilə). Kərim Benzema, 45; 81.

Xal durumu: PSJ – 12, “Real Madrid” – 7, “Brügge” – 2, “Qalatasaray” – 1.

B qrupu

21:55. “Bavariya” (Almaniya) – “Olimpiakos” (Yunanıstan) – 2:0

Qollar: Robert Levandovski, 69. İvan Perişiç, 89

24:00. “Srvena Zvezda” (Serbiya) – “Tottenhem” (İngiltərə) – 0:4

Qollar: Covani Lo Çelso, 34. Son Hın Min, 57; 61. Kristian Eriksen, 85

Xal durumu: “Bavariya” – 12, “Tottenhem” – 7, “Srvena Zvezda” – 3, “Olimpiakos” – 1.

C qrupu

24:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 3:3

Qollar: Bruno Petkoviç, 25. Luka İvanuşek, 83. Ariyan Ademi, 89 – Alan Patrik, 13. Junior Moraeş, 90+3. Tete, 90+8 (penalti ilə)

Qırmızı vərəqə: Nikola Moro, 74 – Marlos, 79

24:00. “Atalanta” (İtaliya) – “Mançester Siti” (İngiltərə) – 1:1

Qollar: Mario Paşaliç, 49 – Rəhim Stelinq, 7

Qırmızı vərəqə: Klaudio Bravo, 81 (“Mançester Siti”)

Xal durumu: “Mançester Siti” – 10, “Şaxtyor” – 5, “Dinamo” – 5, “Atalanta” – 1.

D qrupu

21:55. “Lokomotiv” (Moskva, Rusiya) – “Yuventus” (İtaliya) – 1:2

Qollar: Aleksey Mirançuk, 12 – Aaron Remsi, 4. Duqlas Kosta, 90+3

24:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Atletiko” (Madrid, İspaniya) – 2:1

Qollar: Tomas Partey, 41 (öz qapısına). Kevin Volland, 55 – Alvaro Morata, 90+4

Xal durumu: “Yuventus” – 10, “Atletiko” – 7, “Bayer” – 3, “Lokomotiv” – 3.