​Putindən Trampa dünyəvi demokratiya dərsi – RUSİYA ABŞ DEYİL

Baxış sayı:
921

CNN telekanalının Moskva bürosu faəliyyətini genişləndirib.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Qeyd olunur ki, belə bir addım atılmasına səbəb isə ABŞ-da Rusiya KİV-lərinə təzyiqin artmasıdır. Belə ki, Rusiya ABŞ-a məxsus telekanalın fəaliyyətinin genişləndirilməsinə icazə verməklə, əslində onlara demokratiya dərsi keçmək istəyib.
Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi “RT America”nı 1938-ci ildə "Xarici Agentlik Qanunu"na əsasən xarici agentlərin siyahısına daxil edib. Həmin dövrdəki qanuna əsasən ABŞ-da bir çox xarici kanallar bu siyahıya daxil ediliblər. Lakin ötən il absurd səbəbə görə məhz “RT Amerika”nın fəaliyyəti dayandırılıb.
Amerikanın söz azadlığı dediyi bir vaxtda kanalın bağlanmasına cavab olaraq Rusiya CNN kanalına Moskvada fəaliyyət göstərməyə icazə verib.
Qeyd edək ki, ötən il ABŞ senatoru Con Makkeyn Rusiyanın “RT” telekanalını səriştəsizlikdə və yalan informasiyalar yaymaqda günahlandırıb. O bu səbəbdən də, həmin telekanala Amerika ərazisində yayımlanmağa qadağa qoyulduğunu deyib
“Rusiyanın “RT” telekanalı özünü “Amerikanın səsi”, “CNN” və “BBC” ilə müqayisə etmək istəyir. Lakin onlar yalan informasiyalar yayır və insanları çaşdırırlar”, - deyə Con Makkeyn bildirib. Amerika Ədliyyə Nazirliyi telekanalın lisenziyasını alıb.