Putin bu işlərə qarışmaq istəmir - Tramp

Baxış sayı:
6367

Venesuela ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə olduqca müsbət tonda söhbət apardım.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Ağ Ev rəhbəri bildirib ki, Rusiya və ABŞ Venesueladakı hadisələrin müsbət inkişafını görmək istəyir:
“O, (Putin) Venesuelanın daxili işlərinə qarışmaq niyyətində deyil. O, sadəcə Venesuela üçün müsbət nələrisə görmək istəyir. Mən də bunu hiss edirəm. İnsanlar aclıq çəkir, biz humanitar yardım göndərmək istəyirik”.