Putin bu azərbaycanlılara vətəndaşlıq verdi
22-08-2018 20:17
Baxış sayı:
2872

Rusiya Prezidenti Vladimir Putin 104 nəfərə vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, sərəncam hüquqi informasiyalar portalında yerləşdirilib.
Sərəncama əsasən, Özbəkistandan 16, Moldovadan 14, Ermənistandan 11, Belorusdan 10, Tacikistandan 10, Azərbaycandan 9, Ukraynadan 5, Əfqanıstandan 5 nəfərə vətəndaşlıq verilib.
Rusiya vətəndaşlığı alanlar arasında Türkiyə, Vyetnam, Gürcüstan, Qazaxıstan, Fransa, İsrail, Kipr, Hindistan, İtaliya, ABŞ və Almaniyadan olanlar da var.