​Puçdemon İspaniyaya verilə bilər

Belçika məhkəməsi noyabrın 17-də Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun İspaniyaya ekstradisiyası məsələsinə baxacaq.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, dinləmələr qapalı keçiriləcək.
Qeyd edək ki, noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K.Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.