​PSJ klubu Fransa millisinin futbolçusunu heyətinə qatıb

Baxış sayı:
4417

Fransa yığmasının və İngiltərənin "Çelsi" klubunun futbolçusu N Qolo Kante Fransanın PSJ klubuna keçib. 
"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, tərəflər 27 yaşlı yarımmüdafiəçinin keçidi barədə razılığa gəliblər. Paris təmsilçisi bu transferə görə "Çelsi"yə 110 milyon avro ödəyəcək. 
Qeyd edək ki, 2016-cı ildən "Çelsi"də çıxış. O, Rusiyada keçirilən dünya çempionatının qalibi olub.