PƏRVİZ BAKIYA BU TARİXDƏ DÖNƏCƏK... - “Əvvəl Türkiyədə, sonra Azərbaycanda karantində qalmalıyam”

Baxış sayı:
4177

Son oyunlarda ayağım zədələnmişdi, qırılma təhlükəsi var idi. Hazırda düzəlib. Bir də orada yemək yox idi, 12 kiloqram çəki atmışdım. İndi yeyirəm və çəkim düzəlir.
Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri TV8-də yayımlanan “Survivor” yarışmasına qatılan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev deyib. “ATV xəbər”in virtual qonağı olan idmançı hazırda Dominikanda karantində olduğunu söyləyib:

“Dominikanda mərkəzdə qalırıq. Burada saat 5-dən sonra küçəyə çıxmaq olmaz. Marketə də getməyə icazə verilmir. Təyyarələr açılsın Türkiyəyə gedəcəm. Orada 14 gün karantində qalmalıyam. 3 aydır Azərbaycandan uzaqlaşmışam, çox darıxıram. Türkiyədən sonra da Bakıda karantində qalmalıyam. Yəqin ki, mayın sonunda Bakıya gələ bilərəm”.