Prokuror və istintaqçıların qorxduğu və tir–tir əsdiyi “hakim” kimdir? – QAFAR İSKƏNDƏROV YAZIR

Baxış sayı:
8797

16 may 2017-ci il tarixdə “Regal” MTK tikinti şirkəti tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan, 2 mərtəbəli və bütün qeydiyytat sənədləri olan evim qanunsuz olaraq sökülərək darmadağın edilib. 4 ildir ki, Nəsimi  rayon icra başçısı Asif Əsgərov və Nəsimi rayon prokuroru Salman Məmmədli tərəfindən hüquqlarım müdafiə edilmədiyi üçün kompensasiya ala bilməmişəm. Ev söküləndən bir neçə gün sonra mənim iştrakım olmadan saxta səndələşmə olub, saxta müqavilə heç bir mülkiyyət hüququ olmayan şəxslər tərəfindən aparılıb.
59 saylı mənzil istismar sahəsinin rəisi Ələsgər Rüstəməv və pasport qeydiyyatçısı Zərifə Salahova öz izahatında saxta 2 sayli arayiş verdiklərini  Nəsimi rayon prokurorluğuna yazılı etiraf etdib. Həmin saxta arayışla 13 saylı dövlət notarusu Kəmalə Hüseynzadənin qanunsuz hərəkətlərindən prokurorluğa şikayıtim təmin olunmadı. MTK-nın əməkdaşları təərfindən mənim daşınmaz əmlak hüquqlarımın pozulması üçün  hüquq mühafizə orqanlarına  100 000 manatdan çox rüşvət verdiyi barədə şöhbətlər var. Bu qanunsuzluqlar barədə Möhtərəm Prezidentə 101 muraciət ünvanlamışam. Hakim Azər Tağıyev
15 sentyabr 2020-ci il tarixdə Nəsimi rayon məhkəməsində mənim evimin qanunsuz soküntüsü ilə əlaqədar 13 sayli notariusla bağlı cinayət işinin qaldırılması ilə əlaqədar Nəsimi rayon prokurunun rədd qərarından sikayətimə baxıldı. Hakim Azər Tağıyevin dediyinə görə, prokurorlar və istintaqçılar məhkəmə işlərinin ona düşməsindən çox qorxur və tir-tir əsirlər. Lakin mən bunun əksini gördüm, istintaqçı iclası gözləmədın çıxıb getdi. Hakim Tağıyev məni dinlədikdən sonra müqavilənin yanlış bağlanmasını qeyd etdi. İclas 16 sentyabr tarixinə keşirildi və bu zaman istintaqçının hakimi saymadıgını məhkəmə zalına telefonla gəlməsi və oturuşundan gördüm. Ay hakim Azər Tağıyev, sənin nə duxun var ki, prokurorun qərarını ləğv edəsən.
Dövlət notariusu öz izahatında internet sistemində problem olmasını etiraf etmiş və arayışla müqaviləni rüşvət müqavilində bağlamışdır. Halbuki, müqavilə “Forma 2” ilə bağlanmalı və ya arayışda digər şəxslərin geydiyyatda olub-olmaması göstərilməli idi.
Nə isə, başınızı ağritmayım, sadəcə Möhtərəm Prezidentin qərarlarını, fərmanlarını və çıxışlarını bu kimi hakimlər saymırlar. Hakim sonda mən qərara aldım deyə qərarı oxuyur. Dövlətin səlahiyyətli nümayəndələri bu hakimlərə demir ki, ay bədbəxt hakim, sən kimsən ki, Azərbaycan Respublikasının qanunlarına zidd qərarlar çıxarasan, yuxarıdan nə göstəriş olarsa həmin qərarı da çıxarmalısan.
Hakim Azər Tağıyev fəxrlə qoltuqlarına xoruz yerləşdirərək, bu gün 16 proses keçirməsi ilə özünü xoşbəxt hesab edirdi. Bu  hakimi yalnız kəmiyyət göstəricisi maraqlandırır. Burada hörmətli şairimiz Baba Vəziroğluya xəşbəxtliyin yeni reseptini vermiş oluram: hakimlərimiz bir gündə 16 və daha çox məhkəmə iclası keçirməsi (ədalət prinsipi nəzərə alınmadan ) ilə özlərini xoşbəxt sayırlar.
Burada hansı keyfiyyətdən, hansı düzgünlükdən və hansı ədalətdən danışmaq olar. Nə isə, Tanrı məni və sizləri belə gorxaq hakimlərdən üzaq tutsun.
Onu da qeyd edim ki, sonda hakim Azər Tağıyev müqavilə ilkin instansiyada etibarsiz sayıldığı üçün notariusa qarşı mülkü iddia qaldıraraq, dəymiş maddi və mənəvi ziyanı ondan da tələb etməyimi məsləhət gördü.
 
Qafar İskəndərov,
Tibb elmləri üzrə fəlsəfə doktoru

 
P.S. Növbəti  məqaləmdə Nəsimi rayon icra başçısı Asif Əsgərovun həbsdən
necə və kim tərəfindən qutarılması haqqında olacaq.