Prezidentə sui-qəsd: saray raketlə vuruldu

Baxış sayı:
7153

Əfqanıstan Prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil şəhərinə raket zərbələri endirilib.

Bu barədə “Tolo Nyus” informasiya yayıb.

Məlumata görə, hücum saat 08:30 radələrində baş verib. Raketlər prezident sarayı və bir çox ölkənin səfirliklərinin yerləşdikləri hökumət kvartalı istiqamətinə atılıb.

Hadisənin təfərrüatları və xəsarət alanlar barədə informasiya verilməyib(axar.az).