Poroşenko Ukraynaya xəyanətdə İTTİHAM OLUNUR: Yanukoviçin adamı ərizə verdi

Baxış sayı:
17464

Eks-prezident Viktor Yanukoviçin dövründə  Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini olmuş  Andrey Portnov, Poroşenkoya qarşı istintaq dövlət bürosunda  ərizə verib.
Muxalifet.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Portnov Poroşenkonu hakimiyyəti güclə ələ keçirmədə, dövlətə xəyanətdə  və vəzifəsindən sui-istifadə etməkdə ittiham edir. Sənədin sürətini isə özünün "Teleqram” kanalında yayıb.
Portnov niyə məhz mayın 20-də ayında ittiham ərizəsi verməsini isə belə əsaslandırıb:
"Zelenski dünən, ayın 20-də rəsmən prezident oldu. Zelenski prezident seçilməklə eks-prezident Poroşenko toxunulmazlığını itirdi”.
O, Zelenskinin andiçmə mərasimindən bir gün əvvəl mayın 19-da Ukraynaya gəlib.