​Pompeo: Bir neçə yüz RUS ÖLDÜRMÜŞÜK

Baxış sayı:
2176

ABŞ dövlət katibi vəzifəsinə namizəd Mayk Pompeo Suriyada rusiyalı hərbçilərin öldürüldüyünü etiraf edib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, o, bunu Senatdakı dinləmələr zamanı söyləyib. Onun sözlərinə görə, bir neçə yüz rusiyalı Suriyada ABŞ hərbi qüvvələrinin zərbələrinin qurbanı olub.
Qeyd edək ki, fevralın 7-də ABŞ ordusu Deyr əz-Zor şəhərinə zərbə endirib. Mətbuat zərbə nəticəsində Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin 300 muzdlusunun öldüyünü bildirib.