​Polisdən ƏMƏLİYYAT: 97 nəfər tutuldu

Baxış sayı:
6874

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.
Bu haqda Muxalifet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.  
Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.  
Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.