“POLİS DEDİ Kİ, OĞURLUQ İŞİNƏ MƏHKƏMƏ BAXIR…” – Evi talan olunan qadın Vilayət Eyvazovdan kömək istəyir / MÜRACİƏT

Baxış sayı:
3397

Bakı şəhəri, Şabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan Cəfərova Nüşabə Abbas qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Nazir!

Nəzərinizə çatdırıram ki, ali təhsilli müəllim olmaqla iki uşaq anasıyam, həyat yoldaşım dünyasını dəyişib.
2006-cı il tarixdə Şəhər Şossesi döngə 4, ev 2, bina 2 v-ya gəlin köçmüşəm. Həmin ünvanda olan ev mənim şəxsi mülkiyyətimdədir, adıma olan reyestr çıxarışım var. Evimin həyətyanı darvazası və onun qapısını bağlayıb, tənha qalmayım deyə 2020-ci il yanvar ayının əvvəlindən iyun ayının 5-nə qədər Zabrat qəsəbəsində olan qohumlarımla birgə yaşamışam.
05 iyun 2020-ci il tarixdə getdim ki, evimdə təmizlik işləri aparım. Yaşadığım evin həyət qapısına yaxınlaşarkən gördüm ki, həyət darvazasının kilidi qırılmış, həmin tikili yarıya qədər sökülüb və yarmıçıq binanın içərisində olan cehizlik karobkalarda olan qab-qacaqlar, müxtəlif ölçüdə mis qazanlar, santexnika avadanlıqları, on ədəd evin üstü üçün şveller, xeyli miqdarda qaz və su turbaları, beş kisə sement, ağırtonluq çən yoxa çıxıb. Bundan əlavə tuvalet və hamam darmadağın edilmiş, həyətdə olan dəmir çadır sökülərək oğurlanmışdır.
Dərhal 102 xidmətinə zəng etdikdən sorna iki nəfər polis əməkdaşı gəlmiş, lakin işi tam obyektiv araşdırmadan getmiş və bildirmişlər ki, “bu oğurluq işinə, başqasının mülkünə daxil olmaq işinə qanuni olaraq məhkəmə baxır”.
Polislər getdikdən sonra həyətə 3 məhlə uşağı daxil oldu və dedilər ki, darvaza qapısı kilidini mənim qayınım arvadı çəkiclə qırmış və həyətə daxil olmuşdur. Bizə məxsus olan tikinti materiallarını oğurlayıb, aparıb qaynım oğluna məxsus bağa yığıblar.
Mən bu barədə Sabunçu Rayon Polis İdarəsinə məlumat versəm də, heç bir tədbir görmədilər. Mənə məlum oldu ki, oğurluq etmiş həmin şəxslər himayə olunur. Ancaq, buna baxmayaraq bizim qanunla idarə edilən dövlətimizin, qanunları ali tutan Daxili İşlər nazirimizin olmasını bilib, mətbuat vasitəsi ilə Sizə müraciət edirəm.
Hörmətli Nazir!
Sizdən xahiş edirəm, evimə daxil olub oğurluq etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilibŞ barələrində qanuna müvafiq tədbir görülməsinə tapşırıq verəsiniz”.

Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.