PKK/YPG terror təşkilatının həmləsindən sonra Rusiyadan sərt açıqlama!

Baxış sayı:
5971

Rusiya Xarici İşlər Nazirliyi Fəratın şərqində terror təşkilatı YPG/PKK-nın Rakka rayonunun Eyn İsa mahalında keçirməyə çalışdığı konqresə təpki göstərərək “Bu addım açıqca Astana prosesinin təminatçı ölkələrinin səylərini baltalamağa yönəlib” deyə sərt açıqlama verib.
 
 Nazirlikdən edilən yazılı açıqlamada, Suriyadakı bəzi separatçı qrupların ABŞ-ın dəstəyi ilə Fəratın şərqində bir dövlət quruluşu yaratmağa yönəlik cəhdlər göstərdikləri qeyd olunub.
Suriyanın Eyn İsa mahalında 3 mayda “Suriyadakı Qəbilələrin, Tayfaların və Etnik qrupların Konqresi” adlı bir qurultay keçirməyə çalışıldığını qeyd edilən açıqlamada, "Bəzi kürd liderlərin təşəbbüsü ilə keçirilməyə çalışılan konqres Ərəb nümayəndələrin konqresdə aşağı səviyyədə iştirak etməsi səbəbilə statusunu konfrans səviyyəsinə salmaq məcburiyyətində qalmışdır" ifadəsinə yer verilib.
Fəratın şərqində yerləşən ərəb tayfaların çoxunun qurultay keçirilməsi fikrinə yaxşı baxmadığı qeyd edildiyi açıqlamada, bunlar qeyd edilib:
“Sözügedən hadisə BMT-nin Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlik prinsiplərinin açıq-aşkar pozuntusudur. Bu, ölkədə yeni gərginliklərə yol açarkən, çoxmillətli Suriyanın kövrək strukturunu məhv edir. Bu addım açıqca Suriya böhranının təxirəsalınmaz həlli üçün çalışan Astana prosesinin təminatçı ölkələrinin səylərini baltalamağa yönəlib”.
Müxalifət.az