PKK ÇÖKÜR: Terrorçubaşı Karayılan İrana qaçdı

Türkiyənin “Star” qəzetinin müəllifi Yəhya Bostan MİT və TSQ-nin birgə əməliyyatında PKK-nın terrorçubaşlarından olan Cəmil Bayık-ın ən yaxın adamı Rza Altun başda olmaqla, PKK-nın rəhbər heyətinin vurulduğu hava hərəkatına dair maraqlı məlumatlar verib.
Bu əməliyyatın PKK-nın lider heyətində böyük bir travma yaratdığını bildirən Bostan, terrorçuların tamamilə yer altına çəkildiyini və terrorçubaşı Murad Karayılanın isə İran tərəfinə qaçaraq bir nəzarət məntəqəsinə sığındığını bildirib. Bostan Türkiyənin PKK-nın lider heyətinin məhv olunmasında yerli pilotsuz SİHA/İHA-lardan istifadə etməsindən sonra PKK havadarlarında böyük təlaşın yarandığını və bu ölkələrin "bu əməliyyatlara necə mane ola bilərik" axtarışına girdiyini söyləyib.
Müxalifət.az