PKK ABŞ-ın verdiyi silahları satır

Baxış sayı:
3730

ABŞ-ın, Demokratik Suriya Qüvvələrinə (DSG) silah yardımını artırdığı bir zamanda təşkilatın əsasını təşkil edən YPG terrorçuları sözügedən silahları qara bazarda satdıqları iddia edilib.
 
Ərəbcə “Daily Sabah” qəzetinin yerli mənbələrə əsaslandırdığı xəbərinə görə, YPG-lilər öz xərclərini ödəmək üçün ABŞ istehsalı silahlarını qara bazarda satır.
Xəbərdə "YPG-lilər, ABŞ-a silahlarını təslim etməyə başlayanda Türkiyənin onlara qarşı yeni bir əməliyyat başlayacağından qorxur. Bu üzdən silahlarını eyni bölgədə fəaliyyət göstərən başqa qruplara satır" deyə, bildirilib.
Qeyd edək ki, ABŞ, indiyə qədər çox sayda ağır və yüngül silahları DSG-yə göndərib. Ən son ötən həftə 200 TIR dolu silah göndərilib. ABŞ indiyə qədər ən az 5000 TIR dolu müxtəlif növ silahlar DSG terrorçularına daşınıb ki, indi də artıq həmin silahları PKK/YPG pula çevirməyə qərar verib.
Müxalifət.az