Pilotu uçuş zamanı öldü, təyyarə...
27-09-2017 18:40

Birləşmiş Ərəb Əmirliklərinin “Etihad Airways” şirkətinin pilotu Əbu-Dabidən Amsterdama uçuş zamanı dünyasını dəyişib.
Bu barədə “Gulf Nyus” informasiya yayıb. Pilotun ölümündən sonra təyyarə marşrutunu dəyişərək Küveytə təcili eniş edib.
Təyyarənin enişinin uğurlu olduğu qeyd edilib.
Şirkət pilotun ölüm səbəbi barədə məlumat verməyib.