Pentaqondan SKANDAL İDDİA: Türkiyə İŞİD-ə kömək edib, ABŞ isə... - FOTO

Baxış sayı:
7080

İŞİD terror təşkilatı Pentaqonun Suriyanın şimalından çəkilməsindən və Türkiyənin “Sülh çeşməsi” hərəkatının başlatmasından faydalanıb.

ABŞ Müdafiə Nazirliyinin (Pentagon) baş müfəttişi Qlinn Fayn bu iddianın yer aldığı hesabat hazırlayıb.

Hesabatda “İŞİD Türkiyənin təşkil etdiyi anti-terror əməliyyatı və ABŞ qoşunlarının bölgədən qismən çəkilmə planından istifadə edib. Təşkilatın hələ də Qərbi hədəfalma imkanına sahib olması ehtimalı var” sözləri yer alıb.

“Sülh çeşməsi” ön plana atıldı

116 səhifəlik sənəddə bildirilib ki, İŞİD Türkiyənin əməliyyatı əsnasında və ondan sonra ABŞ əsgərlərinin sayının azaldılmasından Suriyadaxili potensialını artırmaq və qaynaqlarını yenidən toplamaq, xarici hücumları planlaşdırmaq potensialını gücləndirmək məqsədilə istifadə edib.

Bağdadinin ölümü “İŞİD bitdi” mənasına gəlmir

İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölümünün təşkilata vurulan əhəmiyyətli zərbə olduğu, ancaq İŞİD təhididinin başa çatması mənasına gəlmədiyi də vurğulanıb. Əksinə, İŞİD-in yenidən Qərbə hücum edəcəyi ehtimalının yüksək olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Amerika əsgərlərini Suriyanın şimalından çəkməklə bağlı qərar vermiş, Türkiyə də 9 oktyabrda PKK/YPG terror qüvvələrinə qarşı əməliyyata başlamışdı.//publika