Paytaxtda yük maşınından 39 meyit tapıldı: azyaşlılar və qadınlar... - ŞOK CİNAYƏT

Baxış sayı:
9463

İngiltərənin paytaxtı Londonun Essex bölgəsində yük maşınının arxasında tapılan 39 meyitlə bağlı detallar məlum olub.
Publika.az xəbər verir ki, Essex polisi ölənlərin hamısının Vytenam vətəndaşı olduğunu açıqlayıb.
Onlardan ikisi 15, ən böyüyü isə 44 yaşındadır.
10-u 20 yaşdan kişik olan cinayət qurbanları arasında nəfəs ala bilmədiyi və ölmək üzrə olduğuna dair ailəsinə mesaj yollayan Pam Ti Tra Mi adlı 26 yaşlı qadın da var.
Polis rəisinin köməkçisi Tim Smit cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsinin və gizli saxlanılmasının prioritet olduğunu açıqlayıb. Cinayət qurbanlarının yaxınlarına olay haqqında məlumat verilib. Onlara yas saxlamaları üçün müəyyən müddət verildikdən sonra adlar ictimaiyyətlə paylaşılacaq.
Qeyd edək ki, İngiltərə polisi 23 oktyabrda sənaye şəhərindən gələn xəbərdarlıqla bir yük maşınında 39 meyit tapmışdı. Hadisə ilə bağlı yük maşının sürücüsü Maurisio Robinzon saxlanılıb.