​Paşinyan KTMT böhranında "günah keçisi" tapdı - KİV

Baxış sayı:
2887

Ermənistan hökuməti KTMT-də yaranan bütün uğursuzluqların günahını Şavarş Köçəryanın üzərinə atacaq.
Muxalifet.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. İddialara görə, məhz Köçəryan İrəvanın KTMT ilə bağlı siyasətini kurasiya edib:
“Köçəryanın öz vəzifəsiylə vidalaşması gözlənilir. Buna əsas səbəb kimi isə onun danışıqları pis aparması və zamanında İrəvanı uğursuzluqla bağlı xəbərdar etməməsi göstəriləcək”.
Qeyd edək ki, S.Köçəryan hazırda Ermənistanın xarici işlər nazirinin müavinidir.