Paşinyan ABŞ-a gedəcək
20-07-2018 16:28
Baxış sayı:
4225

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrda ABŞ-a səfər edəcək.
Bunu "Amerikanın Səsi" radiostansiyasına müsahibəsində baş nazirin birinci müavini Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində Paşinyanın BMT Baş Assambleyasında çıxışı və həmçinin amerikalı tərəfdaşları ilə ikitərəfli görüşləri nəzərdə tutulub.