Parisdə toqquşma: "Rusiya Tudey"in jurnalistləri yaralandı - YENİLƏNDİ
24-11-2018 23:31
Baxış sayı:
8272

Parisdəki aksiyalar zamanı "Rusiya Tudey"in çəkiliş qrupu yaralanıb.
Bu barədə məlumatı sputnik və "Rusiya Tudey"in baş redaktoru Maraqarita Simonyan Teleqram hesabında qeyd edib. O bildirib ki, aksiya zamanı əməkdaşları xəsarət alıb:
"Rusiya Tudey"in çəkiliş qrupu və “Ruptly” video agentliyimizin müxbiri Fransada yanacağın qiymətinin aşağı endirilməsi ilə bağlı keçirilən aksiyada yaralandı. Operator başından yüngül xəsarət alıb. Müxbirlərimizdən biri isə yanıq xəsarətləri alıb. Digər müxbirimizin başına daş atıldı. Amma biz reportaja və canlı yayım etməyə davam edirik”.