​Pakistanda iqtidara şok zərbə - Ömürlük həbs

Baxış sayı:
2725

Pakistanın iqtidar partiyası Pakistan Müsəlman liqası – Nəvazın qabaqcıl simalarından Hənif Abbası ömürlük həbs edilib.
Muxalifet.az xəbər verir ki, Abbasinin həbsinə səbəb kimi narkotik maddə istehsalında istifadə edilən 500 kiloqram efedrin maddəsini qeyri-qanuni yollarla satması göstərilib.
Eyni zamanda millət vəkilliyinə namizəd olan Abbasi həbs edilərək Adiala cəzaçəkmə müəssisəsinə göndərilib.