Pakistanda DƏHŞƏTLİ ZƏLZƏLƏ: 19 ölü, 300-dən çox yaralı - YENİLƏNDİ
24-09-2019 19:43
Baxış sayı:
14755

Pakistan-Hindistan sərhədində baş verən zəlzələ nəticəsində ən azı 19 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Muxalifet.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı yerli polisə istinadən məlumat yayıb.
***
16:20
Pakistanda 6.1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi informasiya yayıb.
Yerli vaxtla 16:01-də qeydə alınan zəlzələ paytaxt İslamabadda da hiss edilib. Zəlzələnin episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb.
Hələlik zəlzələnin fəsadları barədə məlumat açıqlanmayıb.