"Özbəkistan 24" kanalının müxbiri senzuranı tənqid etdi

Baxış sayı:
2845

“Özbəkistan 24” telekanalının məşhur aparıcısı Məvcudə Mirzəyeva dövlət kanalının işi haqda danışıb. O əsasən bir neçə senzura halları barədə söhbət açıb.
 
“Senzura hələ də var”
Biz köhnə sistemə uyğun işləyirik, heç bir şeyi dəyişmək mümkün deyil.
“Əfsuslar olsun ki, bu gün özbək televiziyasında güclü senzura var. Biz köhnə sistemə uyğun işləyirik, heç bir şeyi dəyişmək mümkün deyil. Prezident tez və səmərəli işləməyimizi tələb edir, lakin hazır materiallar bir neçə nəfər tərəfindən yoxlanılır. Bu müfəttişlər məşğul olarsa, materiallar öz əhəmiyyətini itirir. Biz söz azadlığından danışırıq, amma hələ də senzura var.”


Mərhum diktator İslam Kərimovun dönəmində media üzərində tam dövlət nəzarəti hökm sürürdü.

“Biz yalan danışırıq”
Biz çox investorlarla müsahibələr keçiririk, lakin konteksti dəyişirik. Məsələn, investor hardasa çətinliklə üzləşdikdə və onun həllində köməyə ehtiyacı olduğunu deyirsə, biz onu “Mən çox şadam ki, Özbəkistanda yüksək reformalar keçirilir” kimi tərcümə edirik. Sizcə bu yalan deyil? Elə bilirsiniz insanlar düzünü bilmir? Insanlar internet və digər xəbər mənbələrini izləyirlər. Onlar bizim yalan danışmağımızı bilirlər və kanalı məsxərəyə qoyurlar.”
“Rəhbərlik məndən paytaxt hakimiyyətindən məktub istəyib”
Elə bilirsiniz insanlar düzünü bilmir? Onlar bizim yalan danışmağımızı bilirlər və kanalı məsxərəyə qoyurlar.
“Daşkənd şəhər hakimiyyəti investorlarla bağlı genişhəcmli layihəyə başlayıb. Layihəyə əsasən layihəsi qalib gəlmiş və biznes-planları təsdiqlənmiş investorlar torpağa icazə sənədlərini təntənəli sürətdə onlara təqdim etməli idilər. Mən bu tədbir haqda reportaj hazırlamaq istədim, lakin rəhbərlik məndən paytaxt hakimiyyətdən icazə məktubu istədi.
“Sizin paytaxt hakimiyyətdən məktubunuz var?”, - mənə sual verildi. Özünüz düşünün, mən hakimiyyətə zəng etməli və onlardan mənə məktub göndərməklərini xahiş etməli idim? Mən onlara deməli idim – “Biz sizin tədbirinizi işıqlandırmaq istəyirik, bizə məktub göndərin?” Sizcə bu doğrudur? Məh hətta o məktubu gətirsəm belə, onu administrasiyada bir neçə nəfər yoxlamalıdır. Bütün bunlar baş verənədək tədbir çoxdan bitmiş olar.”
“Vicdan əzabı ilə yaşamaqdansa işdən çıxmaq daha yaxşıdır”
“Öz işinə sadiq bir insan, bir jurnalist kimi mən öz sözlərimə görə işdən azad olunmağımdan qorxmuram. Çünki bu işdən azad olmaq, bütün ömrü boyu vicdan əzabi ilə yaşamaqdan və tamaşaçılar qarşısında özünü günahkar hiss etməkdən daha yaxşıdır.”