Ona hücum edən aslanı boğaraq öldürdü!

Baxış sayı:
7231

ABŞ-da Koloradadakı bir adamın ona hücum edən dağ aslanını boğaraq öldürdüyü bildirilib. Kolorado Park və Vəhşi Təbiət Mərkəzinin səlahiyyətliləri Fort Collins bölgəsində yolda idman qaçışına çıxan bir adamın dağ aslanının hücumuna məruz qaldığını söyləyib. Adı çəkilməyən adam bir müddət aslanla döyüşdən sonra dağ aslanını boğduğunu qeyd edib. Səlahiyyətlilər üzü, bilək, qol və ayağından yaralanan şəxsin xəstəxanaya götürüldüyünü bildirib. Qeyd edək ki, 1990-cı ildən bəri Koloradada dağ aslanının hücumu nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb. Müxalifət.az