Oliqarxları milyardları, onların keçmiş arvadları və “qoca qarı Şapoklyak” - DUBAY ŞEYXİNİ FƏRHAD ƏHMƏDOVA BƏNZƏDƏN NƏDİR…

Baxış sayı:
5799

Rusiyanın APN.ru saytının məqaləsi, müəllif Andrey Lukyanov

Londonda “əsrin” boşanma prosesi başlayıb: ərəb şahzadəsi Həya Bint əl-Hüseyn Dubay şeyxi və Birləşmiş Ərəb Əmirliklərinin baş naziri Mohammed əl-Məktumla ər-arvad münasibətlərinə son qoymağa çalışır. Ortada şeyxin 4.5 milyard dollarlıq sərvəti var, prosesin özü isə Britaniyanın ən titullu və bahalı vəkilləri cəlb olunmaqla rusiyalı oliqarxlara qarşı qurulan məhkəmələri xatırladır. Belə ki, indiki prosesdə şahzadəni müdafiə edən vəkil-baronessa Fiona Şeklton məşhur rusiyalı biznesmen Fərhad Əhmədovun keçmiş arvadı Tatyana Əhmədovanın da vəkili idi. Və bu iki səs-küylü boşanma işində yeganə oxşar cəhət deyil.

Baronessa Şeklton və müştərisi Tatyana

Şahzadə Həya ilə şeyx Muhammedin prosesini aparan vəkillərin müştəriləri arasında digər tanınmış şəxslər də az deyil. Belə ki, şeyxin müdafiəçisi, Britaniyada “boşanmaların böyük ledisi” adlandırılan  ledi Elen Uord habelə Madonna və Qaya Riçinin, Şeril Koulla futbolçu Eşli Koulun da boşanma prosesi ilə məşğul olub. Şahzadə Həyanın tərəfində çıxış edən Fiona Şeklton- Belqraviya baronessasının, fəxri hüquq doktorunun, Krallıq Viktorian ordeninin leytenantı isə əvvəllər şahzadə Çarlzla Diananın, ser Pol Makkartni ilə Hizer Millsin boşanma işlərində yer alıb. London jurnalistləri onu “ailə hüququnun anası” və “danışıqlar demonu” adlandırırlar.

Doğrudur, bu səs-küylü xarakteristikaları Londondakı rus icmasının nümayəndələri bölüşmürlər: rusdilli mühitdə xanım Şeklton daha çox “qoca qarı Şapoklyak” kimi tanınır-özünün ziyankar xarakterinə və məşhur multfilm qəhrəmanı ilə müstəsna zahiri bənzərliyinə görə.

Baronessa bu dəfə şahzadə Həya ilə

Fiona Şeklton daha çox məhkəmə-investisiya şirkəti “Burford Capital”la əl-ələ işləyir. Rusiyalı oliqarx Fərhad Əhmədovla Tatyana Əhmədova arasında bundan əvvəlki “əsrin boşanmasında” olduğu kimi. Bu şirkətin biznesini mətbuatda dəfələrlə “stervaların biznesi” adlandırıblar. Şirkətin biznesi ona əsaslanır ki, bir tərəfin milyonlar və ya milyardlarla dollarlıq işdə bütün məhkəmə xərclərini üzərinə götürür. Prosesi udsa investor qənimətin sanballı hissəsini özünə götürür, bəzən hətta yarıdan çoxunu.

Yeri gəlmişkən məhkəmə investoru üçün xoşaglməz situasiyalar da yaranır. Belə istisnalardan biri “Burford Capital”ın iqtisadiyyatını ciddi sarsıdan və Fərhad Əhmədovun keçmiş arvadı Tatyana tərəfindən başladılan proses oldu. Şirkətin səhmləri bu il ərzində 30 faizdən çox dəyər itirdi. Mətbuatda məlumatlar yayılmışdı ki, Tatyana Əhmədovanı bu addımı atmağa onun yaxın rəfiqəsi, "Çelsi"nin“sahibi, rusiyalı oliqarx-milyarder Roman Abramoviçin keçmiş arvadı, boşanandan sonra keçmiş ərindən 230 milyon dollar qopara bilən İrina Abramoviç sövq etmişdi. Görünür İrina təəsüflənirdi ki, vaxtilə boşanma prosesini Londonda başlatmayıb, yoxsa daha çox qopara bilərdi.

Beləliklə, Tatyananın iddiası əsasənda Londonda məhkəmə dinləmələri 2015-ci ildə başladı, baxmayaraq ki, Moskvanın Zyuzinsk rayon məhkəməsi hələ 2000-ci ildə ər-arvad Əhmədovların boşanması barədə hökm çıxarmışdı.

Boşanmanın səbəbi isə Tatyananın özünün də inkar etmədiyi kimi, onun ərinə xəyanəti olmuşdu. Əri Sibirdə mürəkkəb qaz yatağında hasilatla məşğul olduğu bir vaxtda,-Fərhad Əhmədov “Nortgaz” şirkətinin yaradıcısı kimi tanınır,-onun gənc arvadı Londonda kefi istəyən kimi əylənirdi.

Bu əhvalat şahzadə Həya ilə şeyx Muhammedin arasındakı indiki münaqişəyə çox oxşayır. Aydın olub ki, 45 yaşlı Şahzadə məşuqu ilə yaxalanandan sonra tələsik Dubaydan Londona qaçıb, özü ilə “xırda xərclər” üçün 40 milyon dollar aparıb. İngiltərə paytaxtında şahzadə 85 milyon funt sterlinq dəyərində elit malikanədə məskunlaşıb, məlum olub ki, bu mülkü ərindən xəlvət alıb. Belə demək olar ki, vaxtında diribaş tərpənib. Axı şahzadə ilə onun mühafizəçisi arasında seksual əlaqələr jurnalistlərə məlum olduğuna görə lap çoxdan başlamışdı: beş il ərzində Həya Bint əl-Hüseyn qüdrətli ərinə “buynuz” taxıb! İndi isə belə aydın olur ki, şeyx bütün bunlara görə üstəlik ona milyardlar da ödəməlidir...

Şahzadənin mühafizəçisi və eyni vaxtda sevgilisi

Londonda məskunlaşan və vəkil-baronessa Şekltonun himayəsinə sığınan Həya əl-Hüseyn özünün müdafiə xəttini qurub-heç demə o əri ilə qızının maraqları naminə boşanır. Çünki islam qanunlarına görə qızını zorla ərə verə bilərlər. Cəmiyyətin liberal qisminin dəstəyinə hesablanmış bu müdafiə xətti hazırda Britaniya KİV-lərində geniş təbliğ olunur.

Şahzadə Həya ilə Tatyananın həyat süjetləri ancaq illüstrasiya üçün yaxşı görünür. Onlardan birincisi İordaniya kralının doğma bacısı, Yaxın Şərqin ən hörmətli nəsillərindən birinin nümayəndəsidir. İkincisi isə sovet generalının qızıdır, vaxtilə imkanlı rusiyalı biznesmenlər üçün “həyat rəfiqəsi” təchiz edən məşhur Pyotr Lestermanın “kartotekasına” düşə bilmişdi.

Baronessa Fiona Şeklton üçün də merkantil maraqlara söykənən bu cür peşəkar qabiliyyət xarakterikdir. Görünür onun üçün fərqi yoxdur kimi müdafiə edir-əsas məsələ iddia məbləğinin sonunda azı yeddi sıfır olsun. Əlbətdə, mətbuatda vəkil özünü əzabkeş qadınların hüquqları uğrunda əsl mübariz, onları ər şovinizmindən və məişət zorakılığından qoruyan biri kimi tanıdır.

Bununla belə “ailə hüququnun anasının” portofilosunda “əzabkeş, zülmə məruz qalan qadın” tapmaq çətindir. Onun müştərilərinin hamısının ərlərinin sərvəti azı 100 milyon dollar olub. Baronessaya da aydındır ki, qadın hüquqları uğrunda mənfəətə hesablanmayan mübarizə “boşanma biznesi” konsepsiyası ilə uzlaşmır.

Məxsusi olaraq bu heç Böyük Britaniyanın dövlət maraqları sferasına da daxil deyil, hansı ki, bu ölkənin büdcəsinə hər il vəkillərin və məhkəmə investorlarının ödədiyi vergilər şəklində 30-40 milyard funt daxil olur. Təəcüblü deyil ki, London bütün bu cür boşanma proseslərini öz yuridikasiyası altına keçirməyə çalışır. Bir qayda olaraq bu boşanmaların bir tərəfində öz ağlı, qabiliyyəti sayəsində varlanan biznesmenlər, digər tərəfində isə vaxtilə onları yoldan çıxaran pula həris xanımlar və məhkəmə investorlarının, vəkillərin, özəl detektivlərin bütöv ordusu dayanır. Belə çıxır ki, Birləşmiş Krallığın dövlət siyasətinin özü də elə “stervaçılar” siyasətidir.

Yekunda isə London boşanmaları cəbhəsindən tortun üstündəki albalı kimi daha bir xəbər. Etibarlı mənbələrin məlumatına görə Britaniya “stervaçıları” daha bir gəlirli boşanma prosesinə-rusiyalı oliqarx Vladimir Potaninlə arvadı Natalyanın boşanma işinə də göz qoyublar.

 

İndi isə bir dəqiqə fikir verin. Rusiya məhkəmələri Natalyanın ərinə qarşı 2.9 milyard dollarlıq iddiasını iki dəfə rədd edib, indi isə o London məhkəmələrini öz tərəfinə çəkməyə çalışır. Üstəlik iddia tələbi də xeyli şişib. “Daily Mail” qəzetinin yazdığına görə xanım Potanina keçmiş ərindən indi 11 milyard dollardan çox tələb edir! Əgər  o buna nail olsa məbləğ Britaniya boşanma praktikalarında yeni rekord olacaq.

Və prosesdə yenə də “qoca qarı Şapoklyak”ın kölgəsi görünür. Lakin prinsipial fərq var-indi o Vladimir Potaninin tərəfində çıxış edəcək.

Yəni Tatyana Əhmədovanın məsələsində o bəyan edirdi ki, Londonda boşanmaq lazımdır və Moskvada boşanmağın əhəmiyyəti yoxdur, indi isə o hər şeyi tərsinə deməyə hazırdır. Bəs prinsiplər, əzabkeş qadınların hüquqları necə oldu? Getdi öz işinin dalınca. Görünür “Nornikel”in sahibinin verdiyi qonorar xeyli yuxarıdır və baronessaya indiki halda onun tərəfini saxlamaq maraqlıdır. İngilis ədalət mühakiməsinin mənəvi əsasları bax budur.

Bu məqamda köhnə lətifə yada düşür. Balaca oğlan təsadüfən valideyinlərinin yataqda nə işlə məşğul olduğunu görür, köksünü ötürür və deyir: “Və bu adamlar mənə burnumu qurdalamağa da icazə vermirlər”./virtualaz