Nyu-Yorkda Həsən Ruhaniyə İNANILMAZ QADAĞA

Baxış sayı:
15226

ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib. Belə ki, İran Prezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.

“Fars” agentliyinin yazdığına görə, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.

İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.