Everest dağını fəth etmək istədilər: Amma...

Baxış sayı:
9271

Dünyanın ən yüksək dağı olan Everestin zirvəsini fəth etmək üçün təxminən 320 alpinist dağa dırmaşma hərəkatına başlayıb.
 
Nepalda dünyanın ən yüksək dağı olan Everestin zirvəsinə dırmaşmaq üçün 320 alpinistin qatıldığı dırmaşma prosesində yaranan insan sıxlığı nəticəsində 3 alpinist həyatını itirib.
Alpinist Nirmal Purja Instagram üzərindən paylaşdığı fotoşəkilin şərhində, zirvəyə qədər insan sıxlığının olduğunu bəyan edib. Dağın zirvəsinə yaxın olan bölgəyə eyni zamanda ‘ölüm bölgəsi' deyilir.
Everest dağının zirvəsi 8848 metr yüksəklikdədir. 1953-cü ildə ilk dırmaşma baş verib. 1953-dən bu günə Everestdə 300-dən çox alpinistin həyatını itirdiyi ifadə edilir.
Müxalifət.az