Mingəçevirdə TƏHLÜKƏ : İlanlar aktivləşib
20-05-2019 12:23
Baxış sayı:
4567

Mingəçevir su anbarı hövzəsində, Bozdağın qoynunda yerləşən köhnə turist bazasında mövsümün əvvəlindən sürünənlərin fəallığı müşahidə olunur.
İllərdir burada məskunlaşmış Ağdam, Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlər son zamanlar ilanların aktivliyindən ciddi narahatlıq keçirdiklərini deyirlər.
İlanlar evlərə və toyuq cücə saxlanılan hinlərə soxulur, sakinlərə qorxulu anlar yaşadır, cücələrə qənim kəsilirlər. Sakinlərin sözlərinə görə, hər gün ən azı 4-5 ilan öldürmək məcburiyyətində qalırlar. Uzunluğu 1 metrə çatan ilanlar arasında gürzə və yelmar ilanları üstünlük təşkil edir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunaraq yardım istənilib./ONA