Ərdoğanın S-500 təklifinə Rusiyadan ilk cavab

Baxış sayı:
3616

Rusiyadan satın alınan S-400-lə bağlı açıqlama verən Türkiyə prezidenti Ərdoğan, “S-400-dən sonra bir də S-500 söhbət predmeti olacaq. S-500 də yenə ortaq istehsal məsələsi söhbət predmeti olacaq” deyib.
 
“Russia Today” (RT) televiziyasına müsahibə verən Rus hərbi mütəxəssislər prezident Ərdoğanın Rusiya ilə mövcud S-400 razılaşmasının tamamlanmasından sonra Türkiyənin S-500 sistemlərini həm satın almaq, həm də Rusiya ilə müştərək istehsal etmək məsələsinə münasibət bildiriblər.
 
TÜRKİYƏ İLƏ ORTAQ İSTEHSAL MÜMKÜNDÜR
 
“Sputnik”-in xəbərinə görə, ekspertlər daha əvvəl Rus səlahiyyətlilərin Türkiyə ilə bu sahədə ortaq istehsalın mümkün olduğunu açıqladıqlarına, bunun üçün iki ölkə arasında vahid bir texniki standart sisteminin yaradılmasının lazım olduğuna diqqət çəkiblər.
 
HİNDİSTAN NÜMUNƏSİ
 
Rusiyanın hərbi jurnalının satış üzrə direktoru Aleksey Leonkov raket əleyhinə müdafiə sistemlərinin birgə istehsalı sahəsində əməkdaşlığı genişləndirməsinin nəzəri cəhətdən mümkün olduğunu bildirib. Rusiya ilə Hindistan arasında oxşar bir təcrübənin olduğunu ifadə edən Leonkov, bunları söyləyib:
“Hazırda Hindistanda tank hissələri istehsalı var. Su-30MKİ tankı istehsal edilir, hincdlilcər tankı öz avadanlığı ilə tamamlayır və öz silah sistemləri ilə uyğunlaşdırır. Başqa sözlə, Rusiya digər ölkələrlə hərbi nəqliyyat vasitələrinin istehsalında təcrübəyə malikdir”.
Müxalifət.az