​Şəmkirdə bu günə təyin olunan aksiyanın təşkilatçılarını polis gecə ilə evlərindən aparıb – ƏLİYAQUBLU KƏNDİNİN 4 SAKİNİ SAXLANILIB

Baxış sayı:
9106

Şəmkir rayon Məhkəməsinin hakimi Mustafa Mustafeyin bir sıra qərarının Əliyaqublu kənd sakinlərinin etirazına səbəb olduğu haqda məlumat vermişdik. Qeyd etmişdik ki, bu səbəbdən rayonun yüzlərlə sakini bu gün saat 10:00 radələrində Şəmkir Məhkəməsinin binası önündə aksiya keçirəcəklər.
Muxalifet.az-ın əldə etdiyi məlumata görə, Şəmkir Polis İdarəsinin əməkdaşları gecə ilə aksiyanın təşkilatçılarını həbs ediblər.
Mənbə deyir ki, gecə evlərindən aparılan 4 nəfər şəxs az əvvəl sərbəst buraxılıb.
Bu səbəbdən Şəmkir rayon Məhkəməsinin qarşısında keçirilməsi nəzərdə tutulan aksiya baş tutmayıb.
Qeyd edək ki, saxlanılan şəxslərdən ikisinin - Əliyaqublu kənd sakinləri Əliyev Fikrət Sayad oğlunun və Əliyev Vüqar Səməndər oğlunun saytımızda şikayətləri dərc olunub. Saxlanılan digər iki şəxsin kimliyi və onların hara aparıldıqları haqda az sonra ətraflı məlumat verəcəyik.

Muxalifet.az