Fələstini İsrailə birləşməyi tövsiyə edən satqın BƏƏ-li nazir

Baxış sayı:
9418

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Gargaş, Ərəblərə İsrail ilə dialoq çağırışı edərkən, Fələstinlilərə də vahid dövlət damı altında toplanma mesajı verib.
 
Körfəz ölkələrinin İsrail ilə yaxınlaşma yarışı davam etdikcə əxlaqsız çıxış və təkliflər də civarından çıxır. İsarillə əməkdaşlıq məsələlərində mülayim addımlar atan Birləşmiş Ərəb Əmirlikləri, bu dəfə də Fələstini yox sayıb.
BƏƏ-nin Türkiyə əleyhinə işlərindən məsul dövlət naziri Ənvər Gargaş, Fələstinlilərə "İsrail damı altında tək dövlət" çağırışı edib.
 
İSRAİL İLƏ DİALOQ
 
 ABŞ prezidenti Donald Trampın Suriyaya aid Golan Təpələrindəki işğalı İsrailin suverenliyini tanımağa çevirən fərmanı imzalamasına bütün dünyadan təpki yağarkən, BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Məhəmməd Gargaş Ərəb aləmini İsraillə dialoqa, anlaşmağa çağırıb.
Gargaşın İsrail tərəfdarı davranışları bunlarla da məhdud deyil. Fələstinin işğal olunmuş ərazilərini yox sayan Gargaş, iki dövlətli həllin artıq reallaşma ehtimalının olmadığını, tək dövlətli həll üçün Fələstinlilərə uyğunlaşma mesajı verib.
Bu söhbətin hələlik marginal səviyyədə olduğunu, amma bu vəziyyətin dəyişəcəyini deyən Gargaş, "İki dövlətli həllin artıq tətbiq olunmsı mümkün deyil, geriyə qalan kiçik parçada Fələstin dövləti qurmağın praktikada mümkünlüyü, etibarlılığı yoxdur" deyib.
Müxalifət.az