ABŞ-lı senatorların Türkiyə qorxusu

ABŞ senatorları F-35 döyüş təyyarələrinin Türkiyəyə təslim edilməsinin qarşısını almaq üçün qanun layihəsi hazırlayıb. Qeyd edək ki, Türkiyənin S-400 havadan müdafiə sistemini Rusiyadan satın alması Vaşinqtonda narahatlıqlara səbəb olmuşdu.
Qanun layihəsini hazırlayan dörd şəxs arasında yer alan Demokrat senator Janna Şaheen, "Rusiyanın NATO üzvü bir ölkə olan Türkiyədə ABŞ təyyarələrinə və texnologiyasına çıxış əldə etməsi ehtimalı ciddi bir milli və qlobal təhlükəsizlik riskidir" deyib.
Türkiyə trilyon dollarlıq F-35 proqramında istehsal tərəfdaşlarından biridir.
Ancaq Amerikalı rəsmilər Türkiyənin Rusiyadan S-400 raket əleyhinə müdafiə sistemini satın aldığı təqdirdə Türkiyəyə F-35 təyyarələrinin təhvili üçün aparılan hazırlıqların təxirə salınacağı ilə təhdid etmişdi.
Müxalifət.az