Almaniyadan Səudiyyə Ərəbistanına şok
29-03-2019 08:22
Baxış sayı:
9064

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırmaq qərarını daha 6 ay uzadıb. Bu müddət ərzində yeni müraciətlərin də təsdiq olunmayacağı bildirilib.
Alman hökumətinin sözçüsü Steffen Seibert etdiyi yazılı açıqlamada, Səudiyyə Ərəbistanına razılıq verilən silah satışlarının dayandırılması haqqında qərarın 30 sentyabr 2019 tarixinə qədər uzadıldığını bildirib. Xəbərə görə, açıqlamada, bu müddət ərzində prinsip olaraq yeni müraciətlərin də təsdiq olunmayacağı ifadə edilib.
Qeyd edək ki, Almaniyada hakimiyyətdə olan Xristian Birlik (CDU/CSU) partiyaları ilə Sosial Demokrat Partiyası (SPD) arasında Səudiyyə Ərəbistanına tətbiq olunan silah ixrac qadağasının uzadılıb uzadılmaması barədə fikir ayrılığı var idi.
Müxalifət.az