Böyük Britaniyada İcmalar Palatasından “Brexit” qərarı!

Baxış sayı:
8968

İngiltərə parlamentinin alt qanadı olan İcmalar Palatasının sədri daha öncə iki dəfə rədd edilən “Brexit” müqaviləsinin bir daha səsverməyə çıxarılmasına icazə verib.
 
İngilis parlamentinin alt qanadı İcmalar Palatasının sədri Con Bercow daha əvvəl iki dəfə rədd edilən Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasına (Brexit) yönəlik müqavilənin yenidən səsverməyə çıxarılmasına icazə verib.
Bercow beləliklə, hökumətin AB ilə razılığa gəldiyi “Brexit” müqaviləsinin parlamentdə sabah səsverməsinin qarşısını açıb.
Bercow daha əvvəl müqavilədə əhəmiyyətli bir dəyişiklik olmadıqca yenidən səsverməyə çıxarmasının parlament reqlamentinə zidd olacağını açıqlamışdı.
Hökumət bu əngəli aşmaq üçün daha əvvəl Aİ ilə üzərində anlaşılan və tərəflərin “Brexit”-dən sonra münasibətlərilə bağlı perspektivi ehtiva edən siyasi çərçivə sənədi ilə birilikdə təqdim olunan “Brexit” müqaviləsini bu dəfə təkbaşına parlamentə təqdim etmişdi.
Bercowun icazəsindən sonra 15 yanvarda və 12 martda parlamentdə böyük əksəriyyətlə rədd edilən “Brexit” müqaviləsi sabah 3-cü dəfə səsverməyə çıxarılacaq.
Müxalifət.az