​Prezidentin yaxın adamlarına CİNAYƏT İŞİ AÇILDI - Milyardlarla “pul yeyintisi” və…

Baxış sayı:
26182

Ukrayna Baş prokurorluğu Rusiyaya qaçan oliqrax Serey Kurçenkoya qarşı araşdırmanı başa çatdırıb.
 
Ukrayna mediasının verdiyi xəbərə görə, istintaq əldə etdiyi nəticələrə əsasən hazırkı prezident Pyotr Poroşenkoya yaxın isimləri də hədəfə alıb.
 
Bir vaxtar eks-prezident Viktor Yanukoviçin “ailə” (yəni ən inanılmış komanda) üzvlərindən sayılan Sergey Kurçenkonun “Naftoqaz Ukraina”, “Ukrnaft” və “Ukrqazvıdobuvannya” şirkətlərindən 2 milyard, “Naftoqaz”ın özündən isə 5 milyard qriven pul oğurladığı bəlli olub.
 
“Daily Forum” saytının verdiyi məlumata əsasən istintaq Sergey Kurçenkonun izi ilə Pyotr Poroşenkonun da yaxın çevrəsinə gəlib çatıb.
 
Onların arasında Ukrayna mətbuatının “məhkəmələrin kuratoru” deyə qələmə verdiyi, Ukrayna prezident administrasiyası rəhbərinin müavini Aleksey Filatov, prezident administrasiyasının keçmiş rəhbəri Yevgeni Lojkin və Milli bankın keçmiş sədri Valeri Qontaryovun adları var.
 
Xatırladaq ki, bir müddət öncə prezidentliyə namizəd Yuliya Timoşenko Pyotr Poroşenkoya qarşı Avropa Birliyində korrupsiya cinayətlərinə görə araşdırma başladıldığını bildirmişdi./musavat.com