İranın yalnız bir vilayətində 300 körpü dağılıb - DAŞQINLARA GÖRƏ
28-03-2019 19:03
Baxış sayı:
25333

İranın qərbində Kirmanşah vilayətində sel və daşqınlar nəticəsində kəndlərarası 300 körpü dağılıb.
Muxalifet.az xəbər verir ki, bunu İranın Kirmanşah vilayəti yol və yol nəqliyyatı idarəsinin baş direktoru Fəriborz Kərəmi deyib.
F.Kərəminin sözlərinə görə, körpülərin dağılması vilayətə 1,8 trilyon rial (təxminən 42,8 milyon dollar) ziyan vurub.
Direktor əlavə edib ki, Kirmanşah vilayətinin yol idarəsinin bütün avadanlıqları və əməkdaşları ehtimal olunan təhlükələrlə bağlı tam hazır vəziyyətdədirlər.
Qeyd edək ki, İranın Tibbi Ekspertiza Təşkilatının bildirdiyinə görə, indiyədək sel və daşqınlar nəticəsində 40 nəfər həlak olub./trend/