Çox sayda İran əsgəri öldürüldü!

İsrail Nəqliyyat Naziri və Xarici İşlər Nazirinin vəkili Yisrael Katzdan dünən axşam Suriyanın Hələb şəhərinə təşkil olunan hücumun arxasında İsrail ordusunun olduğu etirafı gəldi. İsrail mətbuatında yer alan xəbərlərdə, dünən gecə keçirilən hücumlarda 11 İran əsgərinin öldürüldüyü qeyd edilib. Amerikan xəbər agentliyi “Associated Press” (AP) isə 7 İran əsgərinin öldüyünü bildirib.
Yerli bir radioya açıqlama verən Yisrael Katz, "İranlılarda olan məlumatlara görə, dünən axşamkı hücumu İsrail təşkil edib" deyərək Suriyadakı hücumun İsrail ordusu tərəfindən həyata keçirildiyi iddialarını təsdiqləmiş olub.
Qeyd edək ki, Əsəd rejiminin informasiya agentliyi SANA gecə saatlarında İsrailə aid döyüş təyyarələrinin Hələbdə rejim nəzarətindəki Şeyx Nacar bölgəsinə raket hücumu təşkil etdiyini bildirmişdi.
Yerli qaynaqlar təcavüzün Hələbdəki İran qüvvələrinin yerləşdiyi silah anbarını hədəf aldığını iddia etmişdi.
Müxalifət.az