Kreml Trampın çağırışını RƏDD ETDİ: “HƏRBÇİLƏRİMİZ TƏRK ETMƏYƏCƏK!”
28-03-2019 14:46
Baxış sayı:
23632

Kremldən verilən açıqlamada Rusiya dövlətinin ABŞ prezidenti Donald Trampın “Hərbi qüvvələrini Venesueladan çıxar” çağırışına rədd cavab verdiyi bildirilib. Tramp Rusiya hərbçilərinin Venesuela ərazisindən çıxmasını tələb eləmişdi. Rəsmi Moskva hərbçilərin Venesuela dövlətinin qanuni hakimiyyətinin dəvəti ilə orada yerləşdirildiyini bildirib və okeanın o tayındakı ölkədəki hərbi varlığının beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.