“The Guardian” qəzeti Türkiyəni hədələdi

Baxış sayı:
22846

 İngilis “The Guardian” qəzeti Türkiyənin London birjalarında əldə etdiyi nailiyyətin ağır nəticələrinin olacağını yazıb.
 
Ötən cümə günü Türkiyəyə qarşı keçirilən valyuta təxribatına Mərkəzi Bank çox dəqiq bir cavab verdi.
Londonda birjalarındakı pul baronları Türk lirəsi tapmaqda çətinlik çəkəndə böyük ziyan düşüblər. Məhz bu addıma görə, dollar Türk lirəsinə nisbətdə 40 qəpik qiymətdən düşüb.
Türkiyənin bu həmləsi İngilis “The Guardian” qəzetində manşet xəbər olub. “The Guardian” təhdid dolu bir dillə Türkiyənin həmləsini tənqid edib.
 
QLOBAL İQTİSADİYYAT DALĞALANACAQ
 
 “The Guardian” qəzeti Türkiyənin Türk lirəsini dəstəkləmək naminə atdığı addımların qlobal iqtisadiyyatda böyük bir dalğalanmağa yol aça biləcəyini yazıb.
Qəzet xəbərində, Türkiyənin həmləsinin yaxın perspektivdə qazanc olduğunu, ancaq uzun müddətdə bədəlinin ağır şəkildə ödəyəcəyini yazaraq təhdid edib.
Xəbərdə, “Bədəli ağır olan bir qalibiyyət" deyə yazan qəzetin redaktoru Larri Elliot, "Türkiyənin zərər görəcəyinə şübhə yoxdur" deyə prosesi şərh edib.
Elliot, "Yeganə sual işarəsi zərərin nə qədər böyük olacağı və başqa ölkələrdə hiss edilib edilməyəcəyidir. Ancaq qlobal iqtisadiyyatın nə qədər kövrək bir vəziyyətdə olduğu düşünülsə, Türkiyədəki problemlərin yoluxucu olma ehtimalı çox güclüdür" deyib.
Müxalifət.az