Venesuela təkrar tikan üstündə! Təhlükəli gəlişmə

Baxış sayı:
18190

 Rusiyanın Venesuelaya əsgər göndərməsi və Trampın "Rusiyanın oradan çıxması lazımdır" deməsindən sonra ölkədə son vaxtlar səngiyən gərginlik yenidən yüksəlib. Venesuelada özünü müvəqqəti prezident elan edən Milli Məclis sədri Xuan Guaido, müxalifləri şənbə günü ölkə daxilində küçəyə çıxmağa çağırıb.
 
Siyasi və iqtisadi böhranla yanaşı, elektrik fasilələri ilə təlatümlü bir dövr yaşayan Venesuelada küçələr yenidən hərəkətə gəlir.
ABŞ başda olmaqla, bir çox Qərb və Latın Amerika ölkəsinin dəstəyini alan müxalif lider Guaido, paytaxt Karakasın Əl Paraiso səmtində müxalifətin digər partiyalarından olan Demokratik Hərəkat Mərkəzindən tərəfdarlarına müraciət edib.
Venesueladakı müxalif liderlərdən Manuel Rosales və Henrique Caprilesin də müşayiət etdiyi Guaido, elektrik fasilələrini işarə edərək şənbə günü küçəyə çıxacaqlarını və bu aksiyaların 6 apreldə başaladacaqları "Azadlıq Əməliyyatı"nın bir məşqi olacağını deyib.
Guaido, "Bütün ölkədə dövlət xidmətlərindəki çatışmamazlığı etiraz etmək üçün küçəyə çıxırıq. İşıqlar söndü deyə passiv aktyorlar kimi gözləyə bilmərik" deyib.
Bundan başqa, Venesueladakı müxaliflərin öz ölkələrinə yönəlik bir hərbi müdaxilənin qanuniləşdirilməsi çağırışlarına toxunan Guaido, dəqiq bir açıqlama vermədən hər variantın masada olduğunu və bu vəziyyətin də müzakirə olunacağını ifadə edib.
Müxalifət.az