Türkiyədən yola çıxan tanker qaçırıldı!

Baxış sayı:
17518

İtalyan mətbuatının verdiyi xəbərlərdə, Türkiyədən hərəkət edən bir gəminin Liviya sahillərində köçkünlər tərəfindən qaçırıldığı ifadə edilib.
 
İtalyan xəbər agentliyi ANSA-nın xəbərinə görə, Türkiyədən Liviyaya yanacaq daşıyan 52 metrlik El Hiblu 1 adlı gəmi Aralıq dənizində xilas etdiyi köçkünlər tərəfindən qaçırılıb.
Palau bayraqlı gəminin heyəti Libya sahillərində 108 köçkünü xilas edib və Tripoli limanına onları buraxmaq istərkən, Liviyaya qayıtmaq istəməyən miqrantlar gəminin nəzarətini ələ keçirib.
İtalyan rəsmiləri gəminin Lampedusa ya da Malta istiqamətində hərəkət etdiyini qeyd edib. İtaliyadan ilk açıqlama daxili işlər naziri Salvinidən verilib.
Salvini, "Artıq bu bir xilasetmə əməliyyatı deyil, bir pirat fəaliyyətidir. İtaliyanı yalnız teleskopla görə bilərlər" deyib. Salvini Liviya Sahil Təhlükəsizlik Xidmətini hərəkətə keçməyə çağırıb. Libya Sahil Təhlükəsizlik Komandanlığına məxsus bir döyüş gəmisinin müdaxilə üçün hərəkət etdiyi öyrənilib.
Qeyd edək ki, 22 martda Türkiyədə Tuzladan ayrılan gəmidə, 4 nəfər hind və bir türk kapitanı olan bir Liviya ekipaj üzvü var.
Müxalifət.az